Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında akademik Cəlal Əliyevlə vida mərasimi keçirilib.
Axşam.azın məlumatına görə, mərhum 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, görkəmli ictimai xadim, dünya şöhrətli Azərbaycan alimi, Əməkdar elm xadimi, “Şərəf” ordenli, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru, akademik C.Əliyev bu gün gecə, 88 yaşında vəfat edib.
Fotolar Trend-ə məxsusdur.