Model Sindi Krouford karyerasını bitirməyə hazırlaşır.
Model.axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Rhapsody" jurnalının fotokamerası qarşısına keçən model tezliklə bu addımı atacağını bildirib:
"Yəqin ki, hələ 10 il də fotolarımı çəkəcəklər, amma model kimi yox..."
Qeyd edək ki, bu ay 50 yaşı tamam olandan sonra təqaüdə çıxacağını dəqiqləşdirən Sindi bundan sonra həyatını ailəsinə həsr edəcəyini bildirib.