Bu evin aylıq kirayə haqqı 80 min dollardır - fotolar

Bu evin aylıq kirayə haqqı 80 min dollardır - fotolar
3970 dəfə oxunub
  • A-
  • A
  • A+

"One Direction" qrupunun üzvü Luis Tomlinson həyat yoldaşı və yeni doğulan uşağının yaşaması üçün Los-Ancelesdə lüks ev kirayələyib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, ABŞ-ın məşhur NLP mütəxəssisi Paul MakKennanın evini tutub. Mülkün öz qiyməti təxminən 34 milyon dollardır. Yeni ata olan müğənni isə ailəsinin o evdə yaşaması üçün hər ay təxminən 80 min dollar ödəyəcək.

Tomlinson onlarla bir yerdə yaşamasa da, oğlunun anas Brayana Yunqraytın yaşayacağı evə tez-tez gedib gələcək. O, evin lüks olmasını və yüksək dərəcədə mühafizəsinin təşkilini tələb edib.

Qeyd edək ki, bu evdə L.Tomlinsondan əvvəl Keys Riçards, Riçard Gir kimi ulduzlar yaşayıb.