10 yaşlı Kristina Pimenova artıq dünya model sənayəsində sözünü deməyə başlayıb.
Model.axşam.az-ın Rusiya KİV-inə istinadən məlumatına görə, indiyə qədər "Vogue", "Armani Junior", "Roberto Cavalli", "Dsquared2" kimi markaların siması olan Kristina tanınmış model agentlikləri "LA Models" və "New York Models"lə müqavilə imzalayıb.
Kristina və valideynləri İnstaqramda tez-tez tənqidlərə məruz qalır. Bu tənqidlər onun belə kiçik yaşda "uyğun olmayan fotolar" çəkdirməsinə görə gəlir. Lakin qızcığazın anası milyondan çox izləyicinin yazdıqlarının qızına təsir etməməsinə çalışır.