Müğənni Xəyyam Nisanov sosial şəbəkədə onun adından aparıcı İlham Mirzəyevin iflic olması haqda yazılan statusla bağlı açıqlama verib.
Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı “Xəyyam Nisanov rəsmi səhifə” adlı profilin ona aid olmadığını bildirib:
“Sosial şəbəkədən istifadə edirəm. Amma bu statusun yazıldığı profil mənə aid deyil. Heç orada ad da düzgün qeyd olunmayıb. Mən heç bir yerdə elə status yazmamışam”.
Qeyd edək ki, saxta profildə “Çox kədərli xəbər eşitdim və dəhşətə gəldim. Teleaparıcı İlham Mirzəyev həbsxanada iflic olub, sol tərəfi işləmir. Allah şəfa versin" sözləri yazılmışdı.