“Givenchy Jeans”in reklamına çəkilən rusiyalı model İrina Şeyklə tərəf-müqabili Kris Murun yeni açıq-saçıq fotoları yayılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl reklam kampaniyasının video-çarxı yayımlanıb. Bu gün isə İrina ilə Krisin yeni fotoları paylaşılıb.
Ağ-qara lentə alınan şəkillərdə baxışlar, əllər və bədən önə çıxarılıb.