150 nəfər bir kadrda - fotolar

150 nəfər bir kadrda - fotolar
1198 dəfə oxunub
  • A-
  • A
  • A+

Beverli Hilton otelində bu il "Oskar"a namizəd olan 150 nominant üçün ziyafət təşkil olunub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecədə Ledi Qaqa, Leonardo DiKaprio, Silvestr Stallone, Alisia Vikander, Mett Deymon, Cennifer Lourens və digərləri diqqət mərkəzində olublar. Mərasimin əsas məqamlarından biri bütün namizədlərin fotokamera qarşısına keçərək bir kadara yerləşməsi olub.

Fevralın 28-də təşkil olunacaq 88-ci "Oskar" mükafatlandırma mərasiminə namizəd olanların siyahısını bir də xatırlayaq:

Ən yaxşı film:
 
“Marslı” (“The Martian”) “Azalan oyun” (“The Big Short”)
“Ağılsız Maks: qəzəbin yolu” (“Mad Max: Fury Road”)
“Sağ qalmış” (“The Revenant”)
“Otaq” (“Room”)
“Diqqət mərkəzində” (“Spotlight”)
“Casuslar körpüsü” (“Bridge of Spies”)
“Bruklin” (“Brooklyn”)

Ən yaxşı kişi rolu

Leonardo DiKaprio - “Sağ qalmış”
Brayan Krenston – “Trambo” (“Trumbo”)
Maykl Fassbender – “Stiv Cobs” (“Steve Jobs”)
Eddi Redmeyn – “Danimarkadan olan qız” (“The Danish girl”)
Mett Deymon – “Marslı”

Ən yaxşı qadın rolu

Keyt Blanşett – “Kerol”
Bri Larson – “Otaq”
Sirşa Ronan – “Bruklin”
Cennifer Lourens – “Coy” (“Joy”)
Şarlotta Remplinq – “45 yaş” (“45 years”)

İkinci planda ən yaxşı kişi rolu:

Tom Hardi – “Sağ qalmış”
Mark Raylans – “Casuslar körpüsü”
Silvestr Stallone “Krid: Rokki irsi” (“Creed”)
Kristian Beyl – “Azalan oyun”
Mark Ruffalo – “Diqqət mərkəzində”

İkinci planda ən yaxşı qadın rolu:

Cennifer Ceyson Li – “İyrənc səkkizlik” (“The Hateful Eight”)
Alisiya Vikander – “Danimarkadan olan qız”
Keyt Uinslet – “Stiv Cobs”
Reyçel MakAdams – “Diqqət mərkəzində”
Runi Mara – “Kerol”

Ən yaxşı rejissor

Adam MakKey – “Azalan oyun”
Corc Miller – “Ağılsız Maks: qəzəbin yolu”
Alexandro Qonsales İnyarritu – “Sağ qalmış”
Lenni Abrahamson – “Otaq”
Tom MakKarti – “Diqqət mərkəzində”