Prezident mədəniyyət işçilərinin maaşlarını artırdı

Prezident mədəniyyət işçilərinin maaşlarını artırdı
1716 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

Axşam.az-ın məlumatına görə, sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.