“Köç” filmi mükafat qazandı
Mədəniyyət
10:00 / 04.09.13
Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, bir sıra beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmailovun “Köç” sənədli filmi VI Beynəlxalq “Faito doc Festival” sənədli filmlər festivalında əsas mükafatı qazanıb.
Axşam.az AzərTAc-a istinadən xəbər verir ki, festival İtaliyanın Neapol şəhərində keçirilib.
“Köç” filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir. Filmdə Azərbaycanda bütün ömrü boyu yaylaqlardan qışlaqlara və əks istiqamətə köç edən heyvandarlıqla məşğul olan insanların çətin və maraqlı taleyi işıqlandırılıb.
Nəsildən-nəslə keçən bu çətin peşəni çobanlar səbir və məharətlə davam etdirirlər.
Film 2010-cu ildə Azərbaycanın “DS film” studiyasında istehsal olunub. Əlli iki dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılın.
“Köç” filmi bundan əvvəl 30-dək beynəlxalq festivalda iştirak edib.