Yaponlar azərbaycanlı rəssamın əsərini 50 min dollara aldılar

Yaponlar azərbaycanlı rəssamın əsərini 50 min dollara aldılar
7715 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın tanınmış rəssamı Vüqar Muradovun “Nar” adlı sənət əsəri Tokioda keçirilən “Tokio İnternational Art Fair” yarmarkasında 50 min dollara satılıb.

Axşam.az xəbər verir ki, bu barədə Azərtac-a rəssam özü məlumat verib.

O qeyd edib ki, həmin əsəri vaxtilə 7 min dollara satıb.

Qeyd edək ki, hazırda rəssamın əsərləri Antalyada keçirilən “Expo 2016” rəsm sərgisində nümayiş olunur.

Lüksemburq və Vaşinqtonda da tanınmış rəssamın əsərlərindən ibarət sərgilər açılıb.