Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi davam edir.
Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsertlər 20-21 avqust, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.
Axşam.az bildirir ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Təranə Mahmudova və rəqqasə Fatimə Fətəliyeva olacaqlar. Həmçinin konsertdə gənc müğənnilər Mircabbar Mirbabayev, Səbinə Əsgərova, Günel İlqarlı, Rasim Əsgərəliyev, Zərifə Bakı, Aynur Əliyevə, Nigar Süleymanova, Rus folklor ansamblı, “Xan” və “Banu” rəqs qrupları iştirak edəcəklər.
Bakı sakinlərini və qonaqlarını rəngarəng konsert proqramı gözləyir.
