Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında 20-23 avqust 2016-cı il tarixində saat 18:00-da etnoqrafik folklor rəqs ansamblının kollektivlərinin çıxışı ilə konsert proqramı təşkil olunacaq.
Nazirlikdən Axşam.az-a verilən məlumata görə, konsert proqramlarında Şamaxı rayonunun “Şirvan”, İsmayıllı rayonunun “Lahıc” , Qəbələ rayonunun “Zopu-Zopu” folklor ansamblları iştirak edəcəklər.
Tədbirdə həmçinin həmin bölgələrin el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçiriləcək.