Depressiyaya düşən Samirə saçlarını kəsdirdi - fotolar

Depressiyaya düşən Samirə saçlarını kəsdirdi -  fotolar
9204 dəfə oxunub
  • A-
  • A
  • A+
“Arıqlayıb 56 kiloqram olmuşam. Dietoloqumun məsləhəti ilə pəhriz saxlayıram”.

Bu sözləri Axşam.az-a açıqlamasında Aşıq Samirə deyib.

Sənətçi son günlər sosial şəbəkədən az istifadə etməsinin səbəblərini açıqlayıb.

O bildirib ki, övladlarının şəklini yaymağı özünə qadağa qoyub:

“Maraqlı nəsə olsun ki, paylaşım. Çalışıram ancaq sənətimlə bağlı məqamları yayımlayım. Xoşlamıram ailəmi, gəzdiyim yerləri, yediyim yeməyi, evimi paylaşım. Uşaqlarımın şəklini paylaşmağı özümə qadağa qoymuşam. Tərbiyədən, əxlaqdan xəbəri olmayanlar dərs keçir, mənfi rəylər yazırlar. Düşünürəm ki, onlar kimdir ki, mənim həyatımı görüb, nəsə yazmağı? İnstaqramda şərh yazmağı bağlayacam”.

Aşıq depressiyaya düşdüyünü və saçlarını kəsdirdiyini bildirib:

“35 yaşımı təmtəraqlı qeyd edib, konsert vermək istəyirdim. Amma maddi imkansızlıqdan alınmadı. Yaxşı sponsor olsa, gələn il edərəm.

Hərə saçını bir məqsədlə kəsir. Mən də sənətdə yaşadığım uğursuzluğun depressiyanı yaşayıram, saçlarımı kəsdim, rənglədim”.

Foto: Ramin ASLANOV