Azərbaycan Dövlət “Yuğ” Teatrında yeni mövsümə start verilib.
Axşam.az xəbər verir ki, teatr baş rejissor Gümrah Ömərin quruluşunda hazırlanan “Naməlum Axundzadə” tamaşası ilə mövsümə başlayıb.
Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı isə Ramiq Mehdidir.
Səhnə əsərində əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova və Hikmət Rəhimov çıxış edib.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində təqdim olunan tamaşa maraqla qarşılanıb.