Axşam.az-ın məlumatına görə, sənətçi şəkilləri türkiyəli fotoqrafın lentə aldığını deyib:
“Şəkillərlə yanaşı “Çox özəl” adlı yeni mahnım da hazırdır. Yaxın günlərdə mahnıya klip də çəkdirəcəyəm. Bəstənin sözləri Leyliyə, musiqisi Pərviz Mahmudova məxsusdur. Mahnı sevgidən bəhs edir. Klipin rejissorluğunu isə Xavər edəcək. Ekran işinə təqdimat da etməyi düşünürəm”.