Tanınmışlar "Ölülər"in qala gecəsində - fotolar

Tanınmışlar "Ölülər"in qala gecəsində -  fotolar
2091 dəfə oxunub
  • A-
  • A
  • A+
"Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri və rejissoru Tahir İmanovun çəkdiyi "Ölülər XXI əsr" adlı yeni filminin qala gecəsi baş tutub.

Axşam.az-ın məlumatına görə, məşhur "Ölülər" əsərinin müasir versiyası olan ekran işində Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Mehriban Xanlarova, Dilarə Əliyeva, Elxan Quliyev, Ziba Şücayi və başqaları rol alıb.

Filmin ssenari müəllifi Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur.

Ekran işinin baş prodüserliyini Tahir və Cabir İmanov qardaşları edib.

"Ölülər XXI əsr" soundtrəkini müğənni Elçin Cəfərov səsləndirib.

Təqdimat mərasiminə qatılanlar arasında xalq artisti Fəxrəddin Manafov, Faiq Sücəddinov, əməkdar artistlər Mehriban Xanlarova, Dilarə Əliyeva, aparıcılar Emin Musəvi, Nurlana Cəfərova, şair Baba Vəziroğlu və başqaları qatılıb.

Foto: Ramin ASLANOV