Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rus yazıçı və dramaturq Nikolay Qoqolun “Müfəttiş” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Tamaşada Xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elxan Quliyev, Pərviz Bağırov, Kazım Abdullayev və başqaları iştirak edirlər.
Qeyd edək ki, səhnə əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.