Mehriban Əliyeva və qızı qoruq açılışında - fotolar

Mehriban Əliyeva və qızı qoruq açılışında - fotolar
2512 dəfə oxunub
  • A-
  • A
  • A+

Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun sentyabrın 22-də açılışı olub.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Bolqarıstanın Baş naziri Boyko Borisov, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi şəxslər Mehriban Əliyevanı və Leyla Əliyevanı qarşılayıblar.

Mer Azərbaycanın birinci xanımına, Leyla Əliyevaya və Bolqarıstanın baş nazirinə xatirə hədiyyələri təqdim edib.

Mehriban Əliyeva mərasimdə çıxış edərək səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlıq bildirib:

“Bizim görüşümüz əlamətdar bir gündə - Bolqarıstanın Müstəqillik günündə keçir. Bu bayram münasibətilə bütün bolqar xalqını ürəkdən təbrik edir, sülh və firavanlıq diləyirəm. Mən, eyni zamanda, sizi “Trapezitsa” Memarlıq Muzey Qoruğunun bərpadan sonra açılışı münasibətilə təbrik edirəm. Mənə çox xoşdur ki, bu mədəniyyət-muzey mərkəzinin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verib. Dünya əhəmiyyətli bu tarixi-mədəni irsin bərpasına öz töhfəmizi verdiyimizə görə çox qürur duyuruq”.

Qeyd edək ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş 2015-ci il mayın 27-də Sofiyada imzalanıb. Sazişə əsasən, Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib.

Konservasiya və bərpa işləri 10 ay davam edib. Qoruq bolqar xalqının zəngin mədəni dəyərlərini əks etdirir.