Böyük Britaniyada bir ailə kədərli fotosessiyaları ilə hər kəsi heyrətləndiriblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Heyli Rays və Kevin Martin adlı ər-arvad doğulduqdan bir neçə saat sonra dünyasını dəyişənm körpə qızları ilə fotosessiya etdiriblər. Onlar bununla baş verən itkinin kədərini azaltmağa çalışdıqlarını bildiriblər.
Cütlüyün böyük qızları Çarlı və Frenki "ölü bacıları" ilə foto çəkdiriblər.
Sosial mediada fotosessiya birmənalı qarşılanmayıb. Bir qisim insanlar belə fotoların uyğunsuz olduğunu dsə də, digərləri valideynlərin xatirə fotolarına hörmətlə yanaşmağən vacibliyini vurğulayıb.
Sidni adını qoyacaqları körpə Edvards sindromu ilə doğulub. Heyli hamilələyini planlaşdırmadığını, lakin sonradan uşağı dünyaya gətirmək istədiyini bildirib. O, 20-ci həftədə müayinə zamanı körpənin xəstəliyi barədə məlumatlanıb, lakin ailə son ana qədər hər şeyin yaxşı bitəcəyinə ümid edib. Heyli deyib ki, "Mənim əvvəlki nikahdan iki qızım var, Kevinin də 11 yaşlı Meqanı var. Lakin bu bizim ilk birgə uşağımız olacaqdı".
Sidni bu ilin aprelində təbii üsulla dünyaya gəlib. 37-ci həftədə doğulan körpə bir neçə saat sonra dünyasını dəyişib.