Azərbaycan bu il də “Eurovision”a qatılmayacaq

Azərbaycan bu il də “Eurovision”a qatılmayacaq
3435 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan bu il də "Junior Eurovision - 2016" mahnı müsabiqəsində iştirak etməyəcək.

Axşam.az bildirir ki, "Eurovision" təşkilat komitəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, 20 noyabrda baş tutacaq müsabiqəyə 17 ölkə qatılacaq.

Müsabiqəyə ikinci dəfə ev sahibliyi edən Maltada Albaniya, Ermənistan, Avstraliya, Belarus, Bolqarıstan, Kipr, Gürcüstan, İrlandiya, İtaliya, İsrail, Polşa, Hollandiya, Malta, F. Y. R. Makedoniya, Rusiya, Serbiya və Ukraynanın 9-14 yaşı təmsilçiləri çıxış edəcək.

Xatırladaq ki, ötən il Bolqarıstanda baş tutan müsabiqədə "Not My Soul" mahnısı ilə Malta təmsilçisi Destini Çukunyere qalib gəlib.

Azərbaycan isə müsabiqədən 2014-cü ildə imtina edib.