“Traviata” operası yenidən səhnədə

“Traviata” operası yenidən səhnədə
170 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, tamaşada Jermon partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin ifa edəcək. Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri - xalq artisti Əli Əsgərov, əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova rol alacaq.

Tamaşanı beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.