"İlk dəfə idi, çox maraqlı gəldi" - əməkdar artist

"İlk dəfə idi, çox maraqlı gəldi" -  əməkdar artist
2226 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Akademik Milli Dram Teatrında “Sarı gəlin” layihəsinin təqdimatı keçirilib.

Axşam.az-ın məlumatına görə,  tarixi faktlar əsasında hazırlanmış tamaşanın rejissoru əməkdar artist Nicat Kazımovdur. Tamaşada “Sarı gəlin” obrazını aktrisa Günel Məmmədova canlandırıb.

Onun səsləndirməsini isə əməkdar artist Hüsniyyə Mürvətova edib. Aktrisa açıqlamasında bildirib ki, bu onun üçün bir yenilik idi:

“Filmlərdə hər kəs kimi səsimi eşitməyə alışmışam. İlk dəfə idi səhnədən başqa birinin canlandırdığı obrazda səsimi eşidirdim. Çox maraqlı gəldi”.