Alim Qasımov və qızı Parisdə konsert verəcək

Alim Qasımov və qızı Parisdə konsert verəcək
293 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 5-də xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Parisdə konsert proqramı ilə çıxış edəcək.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, konsert proqramı Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq.
 
“Philharmonie De Paris - Cite De La Musique”də reallaşacaq konsertdə sənətkarları tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət edəcək.