Ukrayna qrupu Qubada klip çəkdi (Fotolar)

Ukrayna qrupu Qubada klip çəkdi (Fotolar)
1091 dəfə oxunub
  • A-
  • A
  • A+
Ukraynanın tanınmış qrupu “Persona Grata” yeni klipini Azərbaycanda çəkib.

Axşam.az-ın məlumatına görə, qrup üzvləri “Neveroyatno prosto” adlanan mahnıya çəkilən klip üçün Qubaya yola düşüb.

Kadrların bir hissəsi isə Qobustanda, Mərdəkanda və İçəri şəhərdə lentə alınıb.

Qrupun rəhbəri və prodüseri Səid Qafarov çəkiliş üçün dünyanın bir çox şəhərləri arasında yalnız Azərbaycanda uyğun məkan bəyəndiklərini deyib:

“Azərbaycanda klip çəkən Ukrayna qrupu olmayıb. Biz ilkə imza atdıq. Ukrayna musiqiçiləri üçün bu möhtəşəm ölkənin qapılarını açdıq”.

Klipdə tanınmış aktyor Mirzə Ağabəyli də rol alıb. Ekran işinin rejissoru Dmitri Muhindir. O, yaradıcılığı boyunca çəkdiyi ən çətin və maraqlı ekran işinin məhz “Neveroyatno prosto” olduğunu bildirib.

Qeyd edək ki, “Persona Grata” qrupunun solistləri İlo Cikiy, Kote İmedaişvili, Mixo Buadze və Dmitri Çekmarevdir.