ATV telekanalının yeni layihəsi “Özünə bax 2” maraqlı anlarla davam edir.
Axşam.az-ın məlumatına görə, verilişin bugünkü buraxılışında dörd iştirakçı olub.
Onlardan Aytən ötən həftə proqrama qatılmış və münsiflərin iradlarına tuş gəlmişdi. Münsiflər tərəfindən imici dəyişdirilən gənc rəssam yeni görünüşü ilə hər kəsi heyrətləndirib və finala vəsiqə qazana bilib.
Digər iki iştirakçı Nərgiz və Sara da münsiflərin müsbət rəyini alaraq, finala keçib. Digər iştirakçı Aytənin geyimi isə münsiflərin xoşuna gəlməyib. Müsabiqəyə anası ilə gələn gən qız onun sözünə qulaq asmayıb:
“Anam başqa cür geyinməyimi istədi, mənsə etiraz etdim”. Məhz elə buna görə də Aytən münsiflərdən yox cavabı alıb.
“Özünə bax 2” həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.
Xatırladaq ki, layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır.
Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə veriləcək.
"Özünə bax 2"nin informasiya dəstəyi Axşam.az saytıdır.
Foto: Rəşad Abbasov