Namiq Qaraçuxurlunun "Toy gecəsi"ndən fotolar

Namiq Qaraçuxurlunun "Toy gecəsi"ndən fotolar
5321 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Namiq Qaraçuxurlu yerli otellərin birində jurnalistləri ətrafına toplayaraq baş rolunu ifa etdiyi “Toy gecəsi” serialı üçün mətbuat konfransı keçirib.

Axşam.az-ın məlumatına görə, filmlə bağlı jurnalistlərin suallarını cavablandıran Namiq Qaraçuxurlu serialda canlandırdığı Murad obrazı haqqında məlumat verib:

“Obraz həm mənə bənzəyir, həm də yox. Bəzən suallarınızı Namiq kimi yox, Murad olaraq cavablandırıram. Aramızda oxşarlıq çoxdur. Amma elə cəhətlər var ki, onlar Namiqdə var, Muradda yoxdur və yaxud da əksinə”. 

Filmin “Toy gecəsi” adlandırılmasının böyük səs-küyə səbəb olduğunu söyləyən meyxanaçı bu məsələyə də münasibətini bildirib:

“Əslində serial mənə təklif ediləndə adının bu qədər söz-söhbətə səbəb olacağını ağlıma belə gətirməzdim. Amma bu özü də bir maraqdır”.

Təəccüblü məqamlardan biri isə odur ki, Namiq Qaraçuxurlu  konfransa heç bir həmkarını çağırmayıb və tədbirdə yalnız serialın yaradıcı heyəti çıxış edib.

Ssenarini oxuyan kimi təklifi qəbul etdiyini söyləyən meyxanaçı serialın böyük marağa səbəb olacağına inandığını da xüsusilə vurğulayıb. O, həmçinin qeyd edib ki, serialın toygecesi.tv adlı saytı da fəaliyyət göstərir.

Qeyd edək ki, quruluşcu rejissoru və baş prodüseri Yaşar Əhmədovun olduğu  “Toy gecəsi” serialı oktyabrın 2-də ATV telekanalında yayımlanacaq.

Foto: Rəşad Abbasov