Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində, Nizami rayonu 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsində, Nəsimi rayonundakı 1 nömrəli körpələr evində, Nərimanov rayonundakı psixonevroloji uşaq evi və Daun Sindromlu Şəxslərin Assosiasiyasında olublar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva əvvəlcə 12 nömrəli xüsusi internat məktəbində oldular.
Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla səmimi söhbət edib və xatirə şəkli çəkdiriblər.
Leyla Əliyeva və Arzu Əliyeva həmçinin Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsinə gəliblər. Leyla və Arzu Əliyevalar uşaq evinin sakinləri ilə birgə çay süfrəsi arxasında söhbət ediblər.