Türkiyənin məşhur cütlüklərindən olan Demet Akalın və Okan Kurt evliliklərinin 5-ci ildönümünü təmtəraqlı şəkildə qeyd ediblər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, cütlüyün təşkil etdiyi mərasimə məşhurlar da qatılıb. Onlar Demet və Okana ömürlərinin sonunadək bir yerdə olmalarını arzulayıblar.
Müğənni özü isə hazırlanan bu şənliyin onun üçün gözlənilməz olduğunu deyərək, Okana təşəkkür edib.
"Bu mənim üçün surpriz oldu. Okan belə surprizlər etməyi və məni sevindirməyi xoşlayır", - deyə ifaçı bildirib.
Qeyd edək ki, cütlük 2011-ci ildə ailə həyatı qurub. Onların bu evlilikdən bir qız övladları da var. 


