Məşhur cütlük yenidən bir arada

Məşhur cütlük yenidən bir arada
1799 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun sevilən ulduzları Ketrin Zeta Cons və Maykl Duqlas yenidən birlikdə yaşamaq qərarına gəlib.

Axşam.az xəbər verir ki, Rusiya mətbuatı barışıq addımının Maykldan gəldiyini yazıb.

Aktyor həyat yoldaşı ilə birlikdə yaşadıqları Nyu-Yorkdakı evə gələrək ondan şans istəyib.

Cütlük bu qərarı övladlarının gələcəyi naminə vermədiklərini, əksinə birlikdə xoşbəxt olduqlarını bildiriblər.
Ketrinin bu qərara görə, çox xoş hisslər keçirdiyini deyib.

Aktrisanın ötən həftə Nyu-Yorkda keçirilən “Dance Alliance Foundation” adlı gecəyə qatılarkən nişan üzüyünü taxması medianın diqqətindən yayınmayıb.

Qeyd edək ki, 13 ildir birlikdə olan cütlüyün bir qızı və oğlu var.