Hollandiyanin Rotterdam şəhərində baş tutan "MTV Europe Music Awards"da mükafatlar sahiblərinə təqdim olunub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecədə Bruno Mars, "DNCE", "Green Day", "The Weeknd", "Kings Of Leon" və başqa ifaçılar çıxış edib.
Günün ulduz qonaqları arasında isə Nina Dobrev, Ceyden Smit, Cordan Dann və başqa ulduzlar olub.
İlin ən yaxşı mahnısı Castin Biberin "Sorry"si, ən yaxşı videosu isə "The Weeknd"lə "Daft Punk"un "Starboy" klipi seçilib.
Ledi Qaqa "Ən yaxşı qadın müğənni", Şou Mendes isə "Ən yaxşı kişi müğənni" mükafatını alıb.
C.Biberin Adel də daxil olmaqla bütün rəqiblərini geridə qoyması diqqət çəkib. O, eyni zamanda ən yaxşı fanat kütləsinə sahib müğənni kimi üçüncü il də bu mükafatı götürüb.
Digər maraqlı məqam isə Beyonsun heç bir mükafat almaması olub. Bu, sosial şəbəkələrdə etiraza və qalmaqallı müzakirələrə səbəb olub.
İllər sonra yenidən mükafat olan "Green Day" səhnəyə çıxaraq ABŞ prezidentliyinə namizəd Donald Trampa mahnı oxuyublar.
Gecənin aparıcılarından olan Bebe Rexha isə performansına görə tənqid edilib.
