Münsifləri bir-birinə vuran iştirakçı

Münsifləri bir-birinə vuran iştirakçı
2743 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalının maraqlı layihəsi olan “Özünə bax 2” zövq yarışması maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, bu gün müsabiqəyə qatılan dörd iştirakçıdan ikisi finala vəsiqə qazanıb. Türkan adlı iştirakçının geyimində qərarsız olan münsiflər onun finala keçib-keçməyəcəyinə sabah qərar verəcəklər.
Cahanə adlı xanım iki stilist münsif – Nigar İbrahimova və Fuad Hacıyev arasında narazılığa səbəb olub. Nigar xanımın makiyajını bəyənmədiyi halda, Fuad onu çox zövqlü hesab edib. Canlı efirdə sözləri çəpləşən münsiflər ortaq qərara gəlməkdə çətinlik çəkib. Vizajist xanım Cahanənin imicini bərbad adlandırsa da, digər münsiflər ona şans verərək finala keçiriblər.

“Özünə bax 2” həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.
Xatırladaq ki, layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır.

Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə veriləcək.

Qeyd edək ki, "Özünə bax 2"nin informasiya dəstəyi Axşam.az saytıdır.

Foto: Rəşad Abbasov