Bu gün ABŞ-da ölkənin 45-ci prezidentini seçmək üçün səsvermə həyata keçirilir.
Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, səsvermədə, nəinki adi vətəndaşlar, eyni zamanda, məşhurlar da iştirak edirlər. Həmin məşhurlar arasında müğənnilərdən Castin Timberlek, Ketti Peri, Ledi Qaqa, aktrisa və model Yeva Lonqoriya da var.