Geyiminə görə ən çox lağ edilən ulduz - fotolar

Geyiminə görə ən çox lağ edilən ulduz - fotolar
13508 dəfə oxunub
  • A-
  • A
  • A+

Son zamanlar geyimlərinə görə ən çox tənqid olunan ulduz Ariel Uinterdir.

"Modern family" ("Müasir ailə") serialında rol alan aktrisa iddialı, amma zövqsüz geyimləri ilə diqqət çəkir. 18 yaşlı Arielin özündən böyük görünmək istəyi hər zaman uğursuzluqla nəticələnir.

İstər gündəlik həyatda, istərsə də təqdimatlarda, qırmızı xalça üzərində uyğun geyimlər seçə bilməyən Ariel gənclər üçün ən uğursuz nümunə sayılır. 155 santimetr boyu olan aktrisa isə bütün bunlara o qədər də fikir vermir.

Axşam.az xarici KİV-ə istinadən Arielin geyimlərindən bəzilərini təqdim edir.