Müğənni Röya küsülü olduğu xalq artisti Aygün Kazımovanın çalışdığı vizajistə müraciət edib.
Axşam.az-ın məlumatına görə, sənətçini yeni çəkilmiş “Gəmiçilər” klipində türkiyəli Kürşat bəzəyib.
Qeyd edək ki, vizajist bunadək A.Kazımovanın “İkinci sən”, “Həyat ona gözəl”, “Futbol” və başqa layihələrində onunla işbirliyi edib.
Şəkillərdə onların mehriban münasibətdə olduğu görünür. Hətta fotolardan birində Kürşat müğənninin əlindən öpür.