İradə arıqlayıb 50 kiloqram oldu - Fotolar

İradə arıqlayıb 50 kiloqram oldu - Fotolar
3922 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İradə İbrahimova hədsiz dərəcədə arıqlayıb.

Axşam.az-ın məlumatına görə, “Formaggio” jurnalının qonağı olan sənətçi İstanbuldakı
həyatından danışıb.

Müğənni çəkisinin 50 kiloqrama qədər azaldığını deyib:

"Doğumdan sonra çox kökəlmişdim. Ona görə də arıqlamaq mütləq idi. Bu səbəbdən də pəhriz və idmana başladım. Qida rasionum dəyişdi. Həmçinin çox acı salatlar yeməyim də arıqlamağıma kömək oldu. Hazırda 50 kiloqramam. Özümü çox rahat hiss edirəm”.

İradənin arıqlamaq həvəsi həyat yoldaşı Ceyhuna necə sirayət edibsə, o da pəhrizə başlayıb. İzerlər ailəsində yemək yalnız övladları İpək üçün bişirilir. O isə plovu daha çox sevir.