ATV telekanalının maraqlı layihəsi olan “Özünə bax 2” bu dəfə də tamaşaçıların diqqətini cəlb edib.
Axşam.az-ın məlumatına görə, həftənin ikinci günü yarışmaya qatılan Türkan Həsənli haqqında münsiflər ötən günkü verilişdə qərar verəcəkdi. Amma canlı yayım ərəfəsində Türkanın qəza keçirtdiyi haqda xəbər gəlib. Vəziyyəti pis olan gənc qıza münsiflərdən maraqlı jest gəlib. Belə ki, onlar Türkanın finala vəsiqə qazandığını bəyan ediblər. Daha sonra “Özünə bax” komandası Türkanın evinə gedərək onun vəziyyəti ilə maraqlanıb.
Zövq yarışmasının digər maraqlı məqamı isə Zoya adlı 60 yaşlı xanım olub. Həm geyimi, həm də pozitivliyi ilə diqqət çəkən Zoya münsiflərin qəlbini qazanaraq, finala keçib. Ruhi Əliyeva, Nigar İbrahimova, Fuad Hacıyev heç gənc iştirakçılardan belə müsbət enerji almadıqlarını bildiriblər.
“Özünə bax 2” həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır.
Xatırladaq ki, layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır.
Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə veriləcək.
"Özünə bax 2"nin informasiya dəstəyi Axşam.az saytıdır.
Foto: Rəşad Abbasov