Əməkdar artist Firuzə İbadovadan təzə xəbər var.
Axşam.az-ın məlumatına görə, sənətçi ANS telekanalında yayımlanan “Şou biz” verilişinə açıqlamasında 1970-ci illərə aid olan mahnıları bir araya toplayacağını deyib:
“70-ci illərdən indiyədək oxunan ən gözəl mahnıları bir albomda toplayacam. Bu işdə mənə tələbələrim kömək edəcək. Çox maraqlı layihə alınacaq. Elza Seyidcahana söz vermişəm, onun da üç gözəl bəstəsini diskə daxil edəcəm. Noyabra kimi bu işi təhvil verməyi düşünürəm”.