Əməkdar artist Sevda Ələkbərzadənin son günlər hədsiz arıqlaması izləyicilərinin diqqətini çəkib.
Axşam.az-ın məlumatına görə, müğənni ona necə arıqlaması ilə bağlı ünvanlanan suallara cavab verib.
O, pəhriz zamanı əməl etdiyi qaydaları izləyiciləri ilə bölüşüb:
“Yağlı, qızardılmış, duzlu yeməklər, şokolad, tort və digər şirniyyat vasitələrindən yeməyin. Təzə yox, köhnə çörəkdən istifadə edin. Tez-tez, amma az-az yeyin. Yatmazdan 3-4 saat əvvəl heç nə yeməyin”.