64 yaşlı Alla Puqaçovanın analıq sevinci - Video

64 yaşlı Alla Puqaçovanın analıq sevinci - Video
3801 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova yaxın dostlarını ətraflarına yığaraq şəhərdən kənarda yerləşən evlərində xoş günlərini - əkiz övladlarının doğulmasını qeyd ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə cütlüyün evində uşaq otağını quraşdıran memar məlumat verib. Mərasimdə cütlüyün yaxın adamları iştirak edib.

Rusiya estradasının 64 yaşlı müğənnisi Alla Puqaçova və 37 yaşlı həyat yoldaşı Maksim Qalkin surraqat ana vasitəsilə əkiz uşaq - oğlan və qız sahibi olublar. Artıq uşaqlara ad da qoyublar. belə ki, qız Yelizaveta, oğlan isə Qarri adlandırılıb.

Qeyd edək ki, valideyn olmaq istəyi barədə ilk dəfə 1,5 il öncə sənətçi yaxın rəfiqəsi Alina Redelə müsahibəsi zamanı demişdi.

Rusiya mətbuatında yazılanlara görə, əkizlər sentyabrın 18-də dünyaya gəliblər. Amma bu barədə sənətçilərin ancaq yaxın insanları - Primadonnanın qızı Kristina Orbakayte, ailə dostu Alina və Maksim Qalkinin qardaşı Dmitri məlumatlı olub.