Müğənni Lətifə Soyuöz Həştərxan vilayətində konsert verib.
Axşam.az-ın məlumatına görə, Azərbaycan Cəmiyyətinin milli mədəniyyətinin 15 illiyinə həsr olunmuş konsertdə səhnəyə çıxan ifaçı təəssüratlarını bizimlə bölüşüb:
“Amor" Gənclər Təşkilatının rəhbəri Elvin Hüseynovun dəvəti ilə Həştərxana yollandıq. Konsert möhtəşəm keçdi. Həm Rusiya, həm də Azərbaycan vətəndaşları qarşısında çıxış etdim. Mənim üçün böyük zövq idi. Konsertdən sonra şəhər meri Oleq Anatoliviç Polumardvinoviç və Vahid Rəhimov mənə ifama görə mükafat verdilər".
L.Soyuöz tədbirdən sonra oradakı pərəstişkarları ilə görüşüb.