Cəmilə: "Yemək yeməyə vaxtım olmur" - fotolar

Cəmilə: "Yemək yeməyə vaxtım olmur" -  fotolar
4765 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Cəmilə Tağızadə tədbirlərin birində fotokameramız qarşısına keçib.

Axşam.az-a açıqlama verən aktrisa rol aldığıı “Cehizsiz gəlinlər” serialından danışıb.

X.Tağızadə aktrisalığın çətin peşə olduğunu vurğulayıb:

“Günün 15 saatını çəkilişdə oluram, çox çətindir. Amma gözəl kollektivimiz var və bu da işimizdən zövq almağa kömək edir.

Yeni bir televiziya layihəsi hazırlayıram. Yaxın günlərdə maraqlı veriliş təqdim edəcəm”.

Aktrisa formada qalmağından danışıb:

“Hər zaman arıq olmağıma görə rejissorlara təşəkkür edirəm. Yemək yeməyə vaxtım yoxdur. Ona görə də daim formada qalıram. Əgər vaxtlı-vaxtında yemək yesəydim, çox kök olardım”.

Foto: Ramin ASLANOV