Braziliyadan köçərək Londonda yaşayan bir cütlük toyları ilə "Ginnesin rekordlar kitabı"na düşüblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Paulo Qabriel Da Silve Barros və Katyucial Hoşino Barros "Dünyanın ən qısa boylu cütlüyü" kimi tarix yazıblar. Nikahlarını Londonda rəsmiləşdirən ikili bir-birlərini görən kimi aşiq olublar.
Katyucialın boyu 131, Paulonun isə 130 santimetrdir.