Yerli məşhurlar Leyla Əliyevanın tədbirində - video+fotolar
Ölkə
10:35 / 07.12.16
9141dəfə oxunub
A-
A
A+
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədri olduğu Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) VII Formunun keçirilməsi ilə bağlı konsert baş tutub.
Axşam.az-ın məlumatına görə, konsertdə yerli sənətçilərlə yanaşı rusiyalı ifaçılar da səhnəyə çıxıb.
Gecədə mahnılarını təqdim edənlər arasında xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Emin Ağalarov, Səmra Rəhimli, Xəyyam Nisanov, Miri Yusif, Nyuşa olub. Tədbirin qonaqları arasında gənclər və idman naziri Azad Rəhimov, aparıcılar Hacı Nuran Hüseynov, Afaq Gəncəli və Nərgiz Məmmədova da yer alıb.