Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatında “Dəbli və ciddi” layihəsi çərçivəsində modelyer Gülnarə Xəlilovanın iştirakı ilə “Bu günün tələbələri sabahın brendləri” mövzusunda tədbir keçirilib.
Axşam.az-ın məlumatına görə, tədbir YAP-ın Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilib. Qonaqlar görüşdən öncə gənc rəssamların işlərindən ibarət “Toy libasları” adlı sərgiyə tamaşa ediblər.
G.Xəlilova öz fəaliyyəti, xarici ölkələrdə nümayiş etdirilmiş kolleksiyaları barədə danışıb, moda sənayesi, mədəniyyət və incəsənət sahələrində uğurun sirlərini bölüşüb, tələbələrin çoxsaylı suallarını cavablandırıb.