İslandiyanin Uiklou dağlarında 20 ildir heç bir insan üzü görmədən, çılpaq halda yaşayan 71 yaşlı Piter O.Naylın çürümüş meyiti tapılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun cəsədi özünün tikdiyi uçuq evdə aşkarlanıb. Meyiti tapan polislər bildirir ki, Piter çox güman ki aylar əvvəl ölüb.
İnterpol yaşlı adamın keçmişinə dair heç bir iz tapmayıb. İllər əvvəl şəhər həyatından uzaqlaşaraq tənha yaşayan adam haqda 2015-ci ilin mayında sənədli film də çəkilmişdi.