Bakıda dəbli insanlar üçün yeni ünvan - “R.M haute couture”

Bakıda dəbli insanlar üçün yeni ünvan -  “R.M haute couture”
3294 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda “R.M haute couture” adlı moda evi fəaliyyətə başlayıb.

Axşam.az xəbər verir ki, modelyer Rəna Müslümovanın rəhbərlik etdiyi məkanda xanımlar fərqli libaslar tapa biləcəklər.

R.Müslümova açıqlamasında hazırladığı libaslardan, fərqli eskizlərdən danışıb. O bildirib ki, moda evində xanımlar hər zövqə uyğun libaslar tapa biləcəklər:

“Bu, mənim ilk moda evimdir. Modelyerliklə illərdir məşğul oluram. Uşaqlıqdan bu işə marağım olub. Eskizlərin hamısı özümə aiddir. Müştərilərə öz eskizlərimizi təqdim etməklə yanaşı, onların fikirlərini də dinləyirik. İstədikləri modellərin eskizləri hazırlanır, göstərilir, onun üzərində libaslar tikirik. Parçalarımız Türkiyədən, İtaliyadan və Fransadan gətirilir. Paltarlarda sadəliyə üstünlük verirəm. Düşünürəm ki, sadə libasla da qlamur görünmək mümkündür. Xaricdə moda nümayişlərini izləyirəm. Çalışıram ki, libaslarımızı ən son dəbə uyğun hazırlayaq. Xanımlarımız bəlkə də heç yerdə görməyəcəkləri modelləri məhz bizim yeni məkanımızda tapa biləcəklər".

Rəna Müslümova bildirib ki, gələcəkdə xaricdə keçirilən "Fashion week"lərə qatılmağı planlaşdırır. 

“R.M haute couture”in açılış mərasiminə qatılanlar arasında tanınmış simalar da yer alıb. Onlar gecədə nümayiş olunan libasları izləyib və bəyəndiklərini vurğulayıblar.

“R.M haute couture”də xanımlar təkcə ziyafət yox, həm də gəlinlik libasları da əldə edə bilərlər.

Ünvan:
Afiyəddin Cəlilov 11 (Cavanşir körpüsünə çatmamış)

Tel.: (012) 490 43 10

Mob.: (055) 838 80 38

İnstaqram: r.m_haute_couture