"Anne" serialında qızı ilə birgə çəkilirmiş - fotolar

"Anne" serialında qızı ilə birgə çəkilirmiş - fotolar
23267 dəfə oxunub
  • A-
  • A
  • A+
Altan Gördüm və Vahide Perçinin qızı Alize Gördüm Star TV-də yayımlanan "Anne" serialında "Qamze" obrazını canlandırır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, V.Perçin özü isə serialda Cansu Derenin obrazının bioloji anası rolundadır.

22 yaşlı A.Gördüm anası ilə eyni serialda çəkilməyi belə təsvir edir:

"Çətin təcrübədir. Həm müəlliminiz, həm də ananızdır, təsəvvür edin. Hər seriyada müəyyən şeyləri tənqid edir. Bunları diqqətə alıb həyata keçirməliyəm. Hər yeri seriya mənim üçün sınaqdır. Bir tərəfdən də atam... Onun da dedikləri olur. Bəzən də eyni şeyləri deyirlər. Amma onları çox sevirəm. Onların sənətini davam etdirməyi özüm seçmişəm. Layiq ola bilmək üçün işləyirəm, öxuyuram, araşdırıram.
 
Anasıyla daha əvvəl "Möhtəşəm yüz il"də rol almış Alize "İşdə ana-övlad yox, həmkarıq" deyib.