43 yaşlı aktrisanın yeni evindən görüntülər

43 yaşlı aktrisanın yeni evindən görüntülər
3331 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı aktrisa Tori Spellinq tez-tez ev dəyişməyi sevir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 6 ildə 8 dəfə ev dəyişən 43 yaşlı aktrisa bu dəfə Los-Ancelesə köçüb.

Həyat yoldaşı və 4 uşağı ilə malikanəsinə köçən Tori orada məmnun olduğunu bildirib. Ev 1980-ci ildə tikilib, bir zal, 5 yataq otağı, 5 hamam otağı, bir mətbəxdən ibarətdir. Həyətdə hovuz, tennis oynamaq üçün meydanca da var.

Məlumata əsəsən, Spellinqin tez-tez ev dəyişməsinə səbəb ailədə artan uşaqların sayı ilə bağlıdır. İddia olunur ki, aktrisa gələn il də yeni evi ilə gündəmə gələcək. Çünki bu ilin oktyabrında məlum olub ki, Tori 5-ci uşağa hamilədir.