Model Adriana Lima Suriyanın Hələb şəhərində baş verən hadisələrlə bağlı İnstaqram səhifəsində paylaşım edib.Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, YUNİSEF-ə müraciət ünvanlayaraq, baş verən olaylara son qoyulmasnı tələb edib.
Adriana iki uşağın olduğu şəkli hesabında #SaveAleppoUNICEF həştəqi ilə paylaşıb və yazıb:
“Hələbdə baş verənləri görəndə ürəyim parçalanır. Xahiş edirəm ki, sevildiyinizi heç vaxt unutmayın, səsimizi sizin üçün qaldırırıq və baş verənlərə etiraz edirik. Hər kəsdən xahiş edirəm ki, bu faciəli vəziyyət barədə öz etirazınızı yaymağa davam edin! Hələbi qoruyun!”
Qeyd edək ki, Suriyanın hökumət qüvvələri bir neçə gün əvvəl müxalifətin əsas qalası hesab olunan Hələb şəhərini ələ keçirib.