Məşhur model dəm qazından zəhərlənərək öldü - fotolar

Məşhur model dəm qazından zəhərlənərək öldü - fotolar
11074 dəfə oxunub
  • A-
  • A
  • A+

Belarus model Nataliya Makey evində ölü tapılıb.

Axşam.az-ın "Ria.ru"ya istinadən məlumatına görə, o, dəm qazından boğularaq dünyasını dəyişib. 43 yaşlı modelin cəsədi Minsk şəhərindəki evində tapılıb.

Məlumata əsasən, o, ölümündən bir neçə saat əvvəl anası ilə telefonda danışıb və hər şeyin yaxşı olduğunu bildirib.

"Facebook" səhifəsində Nataliyanın ölümünə təəssüflənən dostları onun çox yaxşı insan olduğunu vurğulayıblar.

Qeyd edək ki, N.Makey, eyni zamanda, Belarus və Rusiyada keçirilən gözəllik yarışmalarının eksperti olub.